Bakıda 10 yaşlı uşağı avtomobil vurub

Cəmiyyət

Bakının Xətai rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, yolu keçən 2012-ci il təvəllüdlü Y.Əsgərovanı avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. 

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az