DSX-nin Akademiyasındakı yanğında zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI

Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənənlərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın hadisəsi ilə əlaqədar TƏBİB-in tebeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib:

“Onlar ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, ötən gün DSX-nin Akademiyasındakı baş verən yanğın zamanı 14 nəfər tüstüdən zəhərlənib.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir