Bakıda bazarda 3 nəfərə qarşı dələduzluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 6-sı saat 21 radələrində paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı bazarında 3 nəfərin ümumilikdə 520 manatının dələduzluq yolu ilə alınması barədə polisə məlumat daxil olub.
Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Astara rayon sakini Rövşən Fətəliyev müəyyən olunaraq saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az