Xroniki xəstəliyi olan uşaqlar peyvənd oluna bilərlər?

Cəmiyyət

“Xroniki xəstəliyi olan uşaqlar da peyvənd oluna bilərlər”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.

Həkimin sözlərinə görə, peyvəndlənmədə iştirak edən uşaqların heç də hamısı sağlam deyil:

“Bu gün ürək-damar, böyrək, qan azlığı, xroniki və digər xəstəliyi olan uşaqların peyvənd olunub-olunmaması sual doğurur. Onların da vaksinasiyanı da təşkil edirik. Xroniki xəstəliyi olanlara peyvəndləmə planlama şəklində tətbiq olunur”.

Pediatr qeyd edib ki, peyvəndləmədən öncə uşaqlar müayinə edilməlidir:

“Valideynlər daha çox peyvəndin yan təsirlərindən qorxurlar. Valideynlərin təşvişləri olur. Düşünürlər ki, bir dəfə qızdırması olubsa, yenə ola bilər. Ona görə də müayinə olunmaları daha məqsədəuyğundur”.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir