Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Bu barədə “Azərsu” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, əraziyə qəza briqadaları və xüsusi texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
www.102info.az