Biləsuvar sakini həmkəndlisini güllələyərək öldürdü

Cəmiyyət

Dekabrın 8-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1985-ci il təvəllüdlü Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

www.102info.az