Saatlı rayonunda 50 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Yolu keçən 1972-ci il təvəllüdlü Allahyarov Vüqar Balaşirin oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan paytaxtda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona kəllə-beyin travması və onurğa sütununun sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az