Qadın sürücü avtomobili kanala aşırdı: Yanında məktəbli övladı da olub – VİDEO

Cəmiyyət

Bu gün səhər saatlarında Abşeron rayonu, Goradil dəmiryol stansiyasının yaxınlığında avtomobil kanala aşıb.

Bu barədə Baku.ws-in “qaynar xətt”inə məlumat daxil olub.

Şahidlərin sözlərinə görə, “Nissan Tiida” markalı avtomobildə qadın sürücü və məktəbli övladı olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil yararsız vəziyyətə düşüb.

Sakinlər sözügedən ərazidə belə halların tez-tez yaşandığını iddia edirlər. Onlar buna səbəb kimi küçələrdə işıqların olmamasını göstərirlər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir