Xətai rayonunda ağaclıq ərazidə kafe tikilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında ağaclıqda kafe tikilib, amma ağacları kəsməyiblər.
Ağacların gövdələri kafenin içində saxlanılıb, sadəcə, obyektdə qalan hissələr budanıb.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
ETSN-nin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, məsələdən xəbərdardırlar:
“Hazırda nazirliyinin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırma aparılır”.
www.102info.az