Keçən il təmirə bağlanan Bibiheybət yolu ötən gecədən istifadəyə verilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol artıq açılıb:
“Yolun Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığından keçən hissəsi asfaltlandıqdan sonra dünən gecə saatlarından istifadəyə verilib. Sözügedən yol üzərindən şəhərə giriş-çıxış bərpa olunub”.
Xatırladaq ki, Bibiheybət məscidi yaxınlığından keçən yolda ötən il bir neçə dəfə sürüşmə hadisəsi qeydə alınıb. Torpaq sürüşməsi səbəbindən yolun təxminən 250-300 metrlik hissəsi uçaraq, tamamilə yarasız hala düşmüşdü.