Xudatda ana və qızı göbələkdən zəhərləndilər: Biri öldü

Cəmiyyət

Xudat şəhərində ana və qızı göbələkdən zəhərləniblər.

“Report”un Şimal bürosu xəbər verir ki, Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemət qızı göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, R.Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.

Ç.Ağayevanın isə vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir