2018-ci il təvəllüdlü Qubadova Züleyxa mikrosefaliya, serebral iflicdən əziyyət çəkir.
Bu barədə Züleyxanın atası Qubadov Həmid məlumat verib.
O qeyd edib ki, övladı yenidən əməliyyat olunmalıdır.
“Qızım ayağındakı əyilməyə görə üç dəfə əməliyyat olunmalıdır. Əməliyyat özəl klinikalardan birində həyata keçiriləcək. Həkim dekabrın 5-də əməliyyat üçün gün təyin edəcək. Züleyxanı əməliyyat etdirmək üçün 5 000 manata ehtiyacımız var. İmkanı olan şəxslərdən övladıma kömək etmələrini xahiş edirəm”.
Qeyd edək ki, Qubadova Züleyxaya təyin olunan əməliyyat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Xidmətlər Zərfi”nə daxil deyil.
Ailə ilə əlaqə üçün: 051 866 99 90












www.102info.az