Nazir müavini qanunsuz sərnişindaşımalardan DANIŞDI

Cəmiyyət

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini qanunsuz sərnişindaşımadan danışıb.

Oxu.Az-ın məlumatına görə nazir müavini Rəhman Hümmətov bildirib ki, qanunsuz sərnişindaşıma Bakı ilə yanaşı rayonlarda da var:

“Bunun kökündə icazə, tənzimlənmə sisteminin olmaması dayanır. Ən əsas məsələ taksi sürücülərinin fərqlənmə nişanını əldə etməmələridir.

Təəssüf ki, onların cüzi bir hissəsi bu nişanı alıb. Bakıda sərnişindaşıma ilə məşğul olan taksilərin təxminən 20 faizi xüsusi lisenziyaya malikdir”.

O qeyd edib ki, hazırda taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinin də çoxu standartlara cavab vermir:

“Hər bir ölkədə icazə tələb olunur. Bu fəaliyyətlə məşğul olması üçün tələblər və qaydalar müəyyənləşir. Bir ildən artıqdır bu məsələlərlə bağlı müzakirələr gedir. Bununla bağlı yaxın vaxtda layihə təqdim edəcəyik”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir