Naxçıvanda İrandan Türkiyəyə “patı” aparmağa cəhd edilib – FOTO

Cəmiyyət

Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə xurma yükü aparan “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı yük avtomobilinin kabinəsində gümüşü rəngli folqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə – metamfetamin (“patı”) aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir