İsmayıllı rayonunda zəncirvari qəza olub.
APA-nın xəbərinə görə, İsmayıllı-Qaraməryəm avtomobil yolunda VAZ-2106, “Mitsubishi” və “Fiat” markalı avtomobillər toqquşublar.
Nəticədə sürücülərdən biri xəsarət alıb, maşınlara ciddi ziyan dəyib.
Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.
www.102info.az