18 aylıq Hacıyev Vahid Nicat oğlu fenilketonuriya xəstəliyindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun atası Hacıyev Nicat məlumat verib.
O bildirib ki, övladının müalicəsi Türkiyədə mümkündür.
“Vahidin xəstəliyini üç aylıq olanda bildik. O dövrdən müalicələrə başladıq. İmkanımız olmadığı üçün müalicələri tam şəkildə edə bilmirdik. İndi isə Vahidin vəziyyəti ağırdır. Bədənində damar tapa bilmədikləri üçün sistemi boğazından və ya baş hissəsindən taxırlar. Həkimlər müalicənin Türkiyədə olduğunu deyiblər. Övladımızın sağlamlığına qovuşması üçün 15 000 manata ehtiyacımız var. Xalqımızdan bizə kömək etməyi, övladımı həyata qaytarmağıma yardım göstərməyi xahiş edirəm”.
Ailənin əlaqə nömrəsi: 051 919 09 11
www.102info.az