Şəkidə dəfn mərasiminə gedən şəxs maşını AŞIRTDI: Yaralılar var

Cəmiyyət

Şəki rayonunda “Mercedes-Benz” markalı minik avtomobili aşıb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonunun Qayabaşı kəndi ərazisində baş verib.

Mingəçevir şəhər sakini Sərxan Quluzadənin idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobil idarəetmədən çıxaraq aşıb. 

İlkin məlumata görə, qəza zamanı avtomobildə olan Vüqar Məmmədəliyev, Qalib Muradov, Qəhrəman Qurbanlı və İlqar Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Hadisənin dənf mərasiminə gedən zaman baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir