Bakı metrosunda oğurluq edən şəxs saxlanıldı

Cəmiyyət

Metroda oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Hacıqabul rayon sakini olan bir qadının metro stansiyaların birində içərisində pul olan pul qabısının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Samir Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir