Bakıda iki marşrut xəttinin hərəkət sxemi dəyişdirilib – FOTO

Cəmiyyət

“Fidan” MMC-nin isismarında olan 130 nömrəli (Lökbatan-Bakı Beynəlxalq Avtovağzalı) müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib. 

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı cari ilin oktyabrında keçirilən müsabiqənin nəticələrinə əsasən, “BakuBus” MMC qalib olub. 12.12.2022-ci il tarixindən bu xətt üzrə 12 metrlik sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar fəaliyyət göstərəcək. 

Bununla yanaşı, sərnişinlərin Lökbatan qəsəbəsi – “20 Yanvar” dairəsi istiqamətində birbaşa marşrut xətti ilə gediş-gəlişini təmin etmək üçün 130 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi Bakı Beynəlxalq Avtovağzalından “20 Yanvar” dairəsinə dəyişdirilib. Bu dəyişikliklə Xocəsən qəsəbəsi sakinlərinin də ictimai nəqliyyata əlçatanlığı yaxşılaşdırılacaq. 

12.12.2022-ci il tarixindən Lökbatan-metronun “28 May” stansiyası istiqamətində fəaliyyət göstərən 125 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemi də dəyişdiriləcək. Yeni sxemə əsasən, 125 nömrəli marşrut xətti üzrə avtobusların Lökbatan qəsəbəsi istiqamətində hərəkəti “20-ci Sahə” dairəsinə daxil olmadan təşkil ediləcək. Məqsəd – marşrut xəttindən mütəmadi istifadə edən sərnişinlərin rahatlığını təmin etməkdir. Dəyişiklik sayəsində şəhər mərkəzindən Bayıl-Bibiheybət, Şıxov və Lökbatan yaşayış sahəsi istiqamətində ictimai nəqliyyatla səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir