Yanvarın 7-də saat 19:30 radələrində Abşeron rayonu Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
“Mersedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib, saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
www.102info.az