12 yaşlı Filizin anası: “Övladımın vəziyyəti çox pisdir” – FOTO

Cəmiyyət

12 yaşlı Filiz Cəfərova anadangəlmə miopatiya xəstəliyindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Rəmziyyə Cəfərova məlumat verib.

O bildirib ki, övladının əməliyyat olunması üçün 28 000 dollara ehtiyac var:

“Dörd övladım var, dördü də xəstədir. Qızım Filiz iflicdir, əkiz övladlarım ürək qüsurlu, digər övladımın isə gözündə problem var. Özümüz kirayədə yaşayırıq. Evdə işləyən tək yoldaşımdır. Uşaqların müalicəsi, kirayə pulu inanın ki, çatdıra bilmirik”.

Rəmziyyə Cəfərova qızının 11 ildir bu xəstəlikdən müalicə aldığını deyib:

“Filiz yaşıdları kimi oturub-dura, gəzə bilmir. Övladımın vəziyyəti çox pisdir. İmkanlı şəxslərdən övladıma yardım göstərmələrini xahiş edirəm. İnanın ki, bizim buna heç cür imkanımız çatmır”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, vətəndaş Cəfərova Filiz Daşdəmir qızı ilə bağlı müraciət araşdırılıb. Valideyn övladının aşağı ətrafda amputasiya əməliyyatı icra olunması üçün köməklik göstərilməsini xahiş edib. Vətəndaşa tibbi xidmətin icbari tibbi sığortanın “Xidmətlər zərfi” çərçivəsində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində mümkünlüyü barədə məlumat verilib. Lakin valideyn imtina edərək tibbi xidmətin yalnız ölkədən xaricdə göstərilməsini xahiş edib.

Ailə ilə əlaqə üçün: 070 892 91 11

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir