Yol polisindən faktiki hava ilə bağlı sürücülərə MÜRACİƏT

Cəmiyyət

Bakı Şəhər Dövlət Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə və hərəkət iştirakçılarına yenidən müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib ki, meteoroloji vəziyyəti nəzərə alıb sürücülərdən öncə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirmələri xahiş olunur:

“Avtomobilləri təkərlərin qış mövsümünə uyğunluğunu nəzərə almaqla, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə, təhlükəsiz şəraitdə ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər”.

DYP rəsmisi qeyd edib ki, yola çıxan nəqliyyat vasitələrinin mütləq əksəriyyəti qış mövsümünə uyğun olmayan təkərlərlə hərəkət edir:

“Bu sürücülərdə sürüşməyə və digər çətinliklər yaradır. Xahiş edirik ki, yola çıxan sürücülər təkərləri qış mövsümə uyğun eləsinlər. Eyni zamanda sürücülük təcrübəsi olmayan sürücülərdən yollarda hərəkət etməməyi tövsiyə edirik”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir