Son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 (07.01.23 – 2, 08.01.23 – 5) nəqliyyat hadisəsi olub, nəticədə bir nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xaçmazda 13 (07.01.23 – 4, 08.01.23 – 9) nəqliyyat hadisəsi olub, nəticədə bir nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib”.
Qubada 15 (07.01.23 – 6, 08.01.23 – 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.
Könül Cəfərli
www.102info.az