Bakıda qarı hər zaman səbirsizliklə gözləyirlər. Uşaqlar qartopu oynamaq üçün, böyüklərin bir qismi, sadəcə, qışdan zövq almaq üçün, bəziləri də deyinmək üçün: düzü, paytaxt yollarının vəziyyətinə baxanda onlara haqq verməmək olmur.
Ötən gün axşam saatlarından yağan qar Bakı küçələrində müxtəlif mənzərələr yaradıb. Paytaxtın mərkəzi küçələrində qar daha çox müşahidə edilir, yolların bir qisminə qum-duz səpildiyindən elə təsəvvür yaranır ki, ağappaq səkilərin arasından qara çay axır.
PhotoStock.az-ın hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox burada: Photostock.az
www.102info.az