Yeddi yaşlı Ramazanova Şəfanın sizin yardımınıza ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Ruslan Ramazanov məlumat verib.
O bildirib ki, qızının tam sağalmağı üçün müalicəsi davam etdirilməlidir.
“Qızım xərçəng xəstəliyindən əziyyət çəkir. Bir neçə ay əvvəl ona Türkiyədə ilik nəqli edilib. Hazırda müalicəsini davam etdirmək üçün ona iki iynə vurulmalıdır. İynənin birinin qiyməti 2 600 dollardır”.
Ruslan Ramazanov qeyd edib ki, onların klinikaya 32 000 dollar borcları var.
“Qızımın əməliyyatına görə biz xəstəxanaya 32 000 dollar borcluyuq. Söz vermişdik ki, yanvar ayının ortalarına qədər ödənişi edəcəyik, amma buna imkanımız yoxdur. Əgər ödəməsək, müalicəni dayandırıb, Şəfanı xəstəxanadan çıxaracaqlar. İmkanlı şəxslərdən qızıma yenidən yardım etməklərini xahiş edirəm. Şəfa üçün ən çətin dövrləri demək olar geridə qoymuşuq, onun səhhətinə qovuşmağı üçün çox az qalıb. Xahiş edirəm qızıma kömək edin”.
Ailə ilə əlaqə: 055 713 53 13
www.102info.az