Xırdalanda maşın transformatora çırpıldı – ANBAAN VİDEO

Cəmiyyət

Xırdalanda avtomobil transformatora çırpılıb.

Oxu.Az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində ciddi xəsarət olmayıb.

“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu faktı Oxu.Az-a təsdiq edib.

O bildirib ki, sözügedən qəza ilə bağlı əraziyə dərhal qəza xidmətinin əməkdaşları cəlb edilib:

“Qarlı hava şəraiti ilə bağlı bu kimi hallar ola bilir. Nəqliyyat vasitəsi idarəetməni itirərək transformatora çırpılıb. Dərhal əraziyə yeni transformator quraşdırılıb. Problem aradan qaldırılıb”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir