Qarlı hava şəraiti ilə əlaqədar olaraq Lerikin 45 yaşayış məntəqəsi işıqsız qalıb.
Bu barədə Yenisabah.az-a Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev bildirib.
“Dünən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayonun mərkəzində 20 sm, kəndlərdə 35 sm-dir. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub.
Dünən gecə 32 kənddə, bu gün səhər verilən məlumata görə isə 45 kənddə elektrik enerjisinin verilişində müəyyən məhdudiyyətlər olub”, – deyə o bildirib.
V.Mirzəyev qeyd edib ki, hazırda kəndlərdə elektrik enerjisi verilişinin bərpası üçün işlər aparılır.
www.102info.az