Naxçıvanda 53 yaşlı kişi özünü asdı

Cəmiyyət

Naxçıvanda intihar baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Xiyabani küçəsində qeydə alınıb.

Naxçıvan şəhər sakini, 53 yaşlı Əli Abbas oğlu Bayramov yaşadığı evin həyətində özünü asıb.

Əli Bayramovun asılmış meyitini yaxınları aşkar ediblər.

Onun özünü öldürməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir