“Sədərək” ticarət mərkəzinin sözçüsü Kəmaləddin Qədim parklanma üçün pul yığılmasını təkzib edib.
O, Baku TV-yə açıqlamasında qeyd edib ki, “Sədərək”də dayanacaqlara görə nə müştərilərdən, nə də sahibkarlardan pul alınır.
“Ərazidə işçilər üçün ayrı dayanacaqlar yaradılıb ki, buraya gələn müştərilər öz maşınlarını sərbəst şəkildə saxlaya və mağazalara daxil ola bilsinlər”, – deyə K.Qədim əlavə edib.
www.102info.az