Lənkəranda avtomobil körpüdən aşıb, iki nəfər ölüb.
“Report” xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunda, Əşlə kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, avtomobil idarəetməni itirərək yoldan çıxıb və körpüdən çaya yuvarlanıb. Nəticədə iki nəfər hadisə yerində ölüb. Ölən şəxslərin kənd sakinləri olduğu bildirilib.
Hadisəyə səbəb kimi qarlı hava şəraitində yolun sürüşkən olması və sürətin düzgün seçilməməsi ehtimal olunur.
Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı prokurorluqda araşdırmalara başlanılıb.
www.102info.az