Qayınana və gəlin dəm qazından zəhərləndilər

Cəmiyyət

Zaqatalada qayınana və gəlin dəm qazından zəhərləniblər.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonunun Yuxarı Tala kəndində qeydə alınıb. 

Belə ki, kənd sakinləri – 1960-cı il təvəllüdlü Şahizər Mamulaşvili və gəlini, 1988-ci il təvəllüdlü Xəyalə Mamulaşvili yaşadıqları evdə qaz sobasından dəm qazının sızması nəticəsində zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdiriliblər və hazırda müalicələri davam etdirilir.

İlhamə Əbülfət

www.102info.az