KTM: Son iki gündə 14 nəfər dəm qazından zəhərlənib

Cəmiyyət

Son iki gün ərzində dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 14 nəfər müraciət edib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib.

E.Hidayətoğlu qeyd edib ki, müraciət edənlərdən beşinin vəziyyəti ağır olduğundan stasionar müalicəyə qəbul ediliblər:

“Digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar. Onlar arasında iki nəfər azyaşlı da olub”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir