Oğuz rayonunda yolların buzlu olması səbəbindən idarəetmədən çıxan “Mercedes-Benz” markalı avtomobil ağaca çırpılıb.
“Report” xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az