Qax rayonunda yaşayan şəhid ailəsinin istəyi “Azəriqaz” İB tərəfindən yerinə yetirilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, 1-ci Qarabağ müharibəsi şəhidi Aydın Rzayevin oğlu Elşən Rzayevin fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı Birliyə ünvanladığı müraciəti qısa zaman kəsiyində həllini tapıb.
Şəhid ailəsinin fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.
Daha ətraflı süjetdə:
www.102info.az