Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən yük qatarında yanğın olub

Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Saatlı şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən 8 ədəd vaqondan ibarət yük qatarının bir vaqonunda 300 kvadratmetr sahədə taxta şpal yanıb.

Teplovoz və digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.102info.az

Spread the love