Müqavilə ilə mənzil alan şəxslərin NƏZƏRİNƏ: Nələrə diqqət edilməlidir? – VİDEO

Cəmiyyət

Müqavilə ilə alınan mənzillər sonradan başağrısına çevrilə bilər. Ona görə də mənzil alarkən sənədləşməyə diqqət yetirmək lazımdır.

Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, hazırda yeni tikilmiş çoxmənzilli binalarda müqavilələrlə mənzillər satılır.

Bu isə müəyyən problemlər yaradır.

Ekpert bildirir ki, otaqların sayı ilə bağlı məsələdə də vətəndaşların aldadılması hallarına tez-tez rast gəlinir.

Təmirli və təmirsiz mənzillər arasında da fərq var. Hansısa mənzil satışa çıxarılarkən kosmetik təmir olunur. Çox zaman bu kosmetik təmirin altında problemlər ört-basdır edilir.

Hazırda hüquqi cəhətdən sənədlərin həqiqətə uyğunluğunu, çıxarışların kimə məxsus olduğunu və mənzil sahəsinin real ölçülərini elektron sistem vasitəsilə müəyyən etmək olur. Bu baxımdan indi vətəndaşların aldadılması yalnız onların təcrübəsizliyindən irəli gələ bilər. Ümumilikdə isə mənzil alarkən konsaltinq şirkətlərinə və ya təcrübəli bir şəxsə müraciət etmək tövsiyə olunur.

Daha ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir