Goranboyda qadın hamamda faciəli şəkildə öldü

Cəmiyyət

Goranboy rayonunda hamamda partlayış baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Validə Mirzəyevanın fərdi yaşayış evindəki hamamda odunla qızdırılan su qızdırıcısı içində su olmadığından partlayıb. 

Həmin vaxt hamamda olan qadın aldığı xəsarətdən ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir