Bakıdan rayona bacısıgilə qonaq gedən qadın dəm qazından zəhərləndi

Cəmiyyət

Zaqatala rayonunda qadın dəm qazından zəhərlənib. 

Oxu.Az-ın məlumatına görə, 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Sevinc Hacıyeva qazların toksiki təsiri diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

İlkin ehtimala görə, o, Zaqatalada yaşayan bacısının evində qonaq olan zaman həmin ünvanda hamamda çimərkən su qızdırıcısından xaric olan buxar və qazların təsirindən zəhərlənib.

Onun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır. 

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir