Havanın qarlı-şaxtalı günlərində Xırdalan Şəhər Ailə Sağlamlıq Mərkəzində elektrik enerjisinin verilməsində davamlı fasilələr yaranıb.
Bizim.Media xəbər verir ki, TƏBİB-in tabeçiliyində olan bu müəssisə əhaliyə xidmət göstərmək üçün tam fəaliyyət göstərə bilmir.
TƏBİB-in sözçüsü Zamirə Ədilova məsələ ilə bağlı bildirib ki, Ailə Sağlamlıq Mərkəzinə elektrik enerjisinin verilməsində fasilənin yaranması həqiqətdir:
“Bu da əvvəlki illərdən həmin tibb müəssisəsinin “Azərişığ”a yığılıb qalmış borcu ilə əlaqədar olub. Bildiririk ki, Xırdalan Şəhər Mərkəzi Xəstəxanası dörd il əvvəl TƏBİB-in tabeçiliyinə verilib.
Borc isə daha əvvəlki illərdən yığılıb qalıb. TƏBİB-in “Azərişıq”la apardığı danışıqlardan sonra Mərkəzə elektrik enerjisinin verilişi bərpa olunub”.
“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu da Bizim.Media-ya Xırdalan Şəhər Ailə Sağlamlıq Mərkəzinə elektrik enerjisinin verilişinin bərpa olunduğunu təsdiqləyib.
www.102info.az