Balakəndə FACİƏ: Qazi vəfat etdi, anasının ürəyi dayandı – FOTO

Cəmiyyət

Vətən müharibəsi qazisi vəfat edib. 

Lent.az-ın məlumatına görə, Balakən rayonu, İtitala kənd sakini Osmanov Zamir Şakir oğlu Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mərhumun cənazəsi bu gün Balakənə aparılaraq ailəsinə təhvil verilib. 

Bu zaman oğlunun ölüm xəbərini eşidən anası Esma Çiliyevanın da ürəyi dayanıb. 

Z.Osmanov bu gün doğulduğu kənddə torpağa tapşırılıb. 

Esma Çiliyeva isə sabah dəfn ediləcək. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir