İş adamının Mərdəkandakı bağ evində mühafizəçinin meyiti tapıldı

Cəmiyyət

Bakıda bağ evindən mühafizəçinin meyiti tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən və Rəşad İlham oğlu Kəsəmənskiyə məxsus olan bağ evinin mühafizə otağından orada mühafizəçi işləyən Şuşa sakini Samir Muradovun meyiti tapılıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. S.Muradovun infarkt səbəbindən dünyasını dəyişdiyi ehtimal edilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Kəsəmənski biznes fəaliyyəti ilə məşğul olur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir