Qohumunun evindən 15 min manat oğurladı

Cəmiyyət

Qobustan rayonunun Təklə kəndindəki evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qobustan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin qohumu Burcalı Hacıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir