Qazaxda qadın özünə xəsarət yetirib.
Hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. 37 yaşlı Ləman Musazadə qolunun kəsilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Musazadə Ləman Şərafəddin qızının qollarını doğramasının səbəbi üzə çıxıb.
Belə ki, həmkəndlisi R.Vəliyev sosial şəbəkələrdə mütəmadi olaraq, şər-böhtan xarakterli ifadələr işlətməklə L.Musazadəni və ailəsini təhqir edib. Qadın da bu səbəbdən yanvarın 10-u saat 13:30-da yaşadığı evdə bıçaqla sol qolunu kəsərək, özünü öldürmək istəyib.
Hazırda araşdırmalar davam edir.
www.102info.az