Neftçalada içkili kişi qar suyu ilə dolmuş gölməçədə boğuldu

Cəmiyyət

Neftçala rayonunda içkili kişi qar suyu ilə dolmuş gölməçədə boğulub.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Həsənabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1974-cü il təvəllüdlü Qasımov Müseyib Rasim oğlu üzü üstdə qar suyu ilə dolmuş gölməçəyə yıxılıb və boğularaq ölüb.

İlkin məlumata görə, o, içkili olub. Meyit muayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir