Polis əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Tuğ kəndi ərazisində xidmətdə olarkən tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 1 qumabaraatan, 1 snayper tüfəngi, həmin silaha aid 37 patron, 1 əl qumbarası və 1800 ədəd müxtəlif çaplı patronlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
www.102info.az