14 yaşlı Abdullayev Cəbrayıl talassemiya xəstəliyindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Abdullayeva Gülnar məlumat verib.
O bildirib ki, övladı 1 yaşından bu xəstəlikdən əziyyət çəkir.
“Balam 2010-cu ildən Respublika Talassemiya Mərkəzində böyük talassemiya diaqnozu ilə dispanser qeydiyyatda olaraq mütəmadi müalicə alır. Dərmanlar çox bahadır. Artıq 2 aydır ki, dərmanlar baha olduğundan ala bilmirik. Həkim isə deyir ki, mütləq dərman alınmalıdır. Uşağımın vəziyyəti getdikcə pisləşir. Artıq ağrılara dözə bilmir. Dərmanların alınması üçün isə 1000 manata ehtiyacımız var. Xalqımızdan, imkanlı şəxslərdən xahiş edirəm ki, bizə kömək olsunlar”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Abdullayev Cəbrayıl Mehman oğlu ilə bağlı məlumat araşdırılıb. Valideynin məlumatına əsasən, övladının qan xəstəliyindən əziyyət çəkdiyi və Talassemiya Mərkəzində qeydiyyatda olduğu bildirilib. Vətəndaş əlavə olaraq övladının osteoporoz xəstəliyinin müalicəsi ilə bağlı dərmanların alınmasında maddi köməklik göstərilməsini xahiş edib. Talassemiya Mərkəzindən verilən məlumata əsasən, Dövlət Proqramı çərçivəsində həyata keçirilən osteoporoz xəstəliyinin müalicəsi üçün dərman preparatı təminata daxil edilməyib.
Ailə ilə əlaqə üçün: 055 920 63 37



www.102info.az