Respublika Klinik Xəstəxanasının direktoruna yeni köməkçi təyin edilib

Cəmiyyət

Respublika Klinik Xəstəxanasının direktoru, ortoped-travmatoloq Elviz Qasımov özünə yeni köməkçi təyin edib.

Oxu.Az xəbər verir ki, direktorun müvafiq əmri ilə bu vəzifə Günay Quluzadəyə həvalə olunub.

Xatırladaq ki, G.Quluzadə bu təyinata qədər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, E.Qasımov keçən ilin sonunda direktor vəzifəsinə təyinat alıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir