Türkiyəyə göndərilən daha bir qazimiz sağalaraq Vətənə qayıdıb – FOTO

Cəmiyyət

Füzuli rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanan qazimiz Həsrət Quliyev Türkiyədəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb.

Bu barədə Oxu.Az-a “YAŞAT” Fondundan məlumat verilib.

Qeyd edək ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir.

Həmçinin Fondun “8110” Çağrı Mərkəzi fəaliyyət göstərir.

www.102info.az