Ağstafa şəhərində evdə meyit tapılıb.
Oxu.Az-ın məlumatına görə, Füzuli küçəsində yerləşən evlərin birində 1961-ci il təvəllüdlü Sahib Quliyevin meyiti aşkarlanıb.
Onun ölüm səbəbi hələ məlum deyil. Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.102info.az