Qadcetlər, eqoizm, zorakılıq – Psixoterapevt Şəfa Cavadova Həmid Həmidovun podkastının qonağı oldu – VİDEO

Cəmiyyət

Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı videomüsahibə təqdim edib.

Ənənəvi cümə podkastının qonağı bu dəfə psixoterapevt Şəfa Cavadova olub.

Aparıcı ilə söhbətində o, müxtəlif – depressiya, məişət zorakılığı, uşaqların qadcetlərdən asılılığı, həmçinin əlaçı olmaq sindromu və nevrozla bağlı mövzulara toxunub.

Mütəxəssis, həmçinin psixoloq, psixiatr, nevropatoloq və psixoterapevtlər arasındakı fərq, pasiyentlərin ən çox nə ilə bağlı müraciət etdikləri, bütün problemlərin uşaqlıqda yaranıb-yaranmadığı, kişilərin psixoloqlara müraciət edib-etmədiklərindən də bəhs edib.

Bundan başqa, Ş.Cavadova məktəbdə psixologiya fənninin tədrisinin zəruriliyindən, eqoizmin nə ifadə etməsindən danışıb və iki uşağın qadın tərəfindən törədilən qalmaqallı qətlinə də münasibət bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir